Layihə haqqında

Layihə haqqında

«Youthvision» nədir?

«Youthvision» gənclər arasında keçirilən beynəlxalq mahnı müsabiqəsidir.

Müsabiqənin məqsədi:

– gənclərin yaradıcılıq potensialının müəyyən edilməsi və həyata keçirilməsi,

- eləcə də onların asudə vaxtının səmərəli təşkili üçün şəraitin yaradılması

- gənclər siyasəti sahəsində beynəlxalq əlaqələrin inkişafını təmin etmək.

Müsabiqənin vəzifələri :

- gənclərin yaradıcılıq potensialının müəyyən edilməsi üçün şəraitin yaradılması;

- gənclərin asudə vaxtının səmərəli təşkili sahəsində fəaliyyət formalarını genişləndirmək;

- Yaradıcı və istedadlı gənclər arasında beynəlxalq təcrübə mübadilə üçün şərait yaratmaq.

Müsabiqənin iştirakçıları

Müsabiqədə iştirak etmək üçün estrada mahnısının ifaçısı (solo, duet, ansambl, qrup) və müəllifi dəvət olunur.

Müsabiqədə iştirak etmək hər bir ölkənin daxili qaydada müəyyən edilir. Ölkələr müxtəlif musiqi müsabiqələrinin qalibləri olan gənclərlə təmsil oluna bilər.

Hər bir ölkə bir ifaçı və bir musiqi nömrəsi ilə təmsil edilməlidir.

Müsabiqədə 14-35 yaş arası gənclər iştirak edə bilər.

Müsabiqənin iştirakçıları youthvision.az saytına daxil olaraq qeydiyyatdan keçməli və aşağıda qeyd olunan sənədləri təqdim etməlidirlər.

Səsvermə qaydaları

Müsabiqəsinin finalı zamanı münsiflər açıq səsvermə keçirəcək.

Münsif üzvləri aşağıdakı xall miqyasına görə səs verir: 1, 2, 3, 4, 5, 6, 7, 8, 10, 12.

Səsvermə zamanı səs çoxluğu toplayan iştirakçı müsabiqəsinin qalibi elan edilir.

Səsvermə nəticəsində eyni bal toplayan iki və daha artıq iştirakçı olarsa, qalibi münsiflər seçir.

Mükafatlandırma

Müsabiqənin mükafat fondunun məbləği 6000$-dır. I, II və III yerlərin qalibləri qazandıları yerlərə müvafiq olaraq, 3000$, 2000$ və 1000$ məbləğində pul mükafatı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən diplomalar, qiymətli hədiyyələrlə mükafatlandırılırlar.

Musiqi qrupu qələbə qazanarsa, məbləğ iştirakçılar arasında bölünür.

Təşkilat Komitəsi fərdi iştirakçılara bir təşviq mükafatı vermək hüququnu özündə saxlayır.

Təşkilat Komitəsi qalibləri üçün əlavə sponsorlar cəlb etmək hüququnu özündə saxlayır.